COP29 | Birləşmiş Krallığın Baş naziri Azərbaycana səfərə gəlib

   COP29 |   Birləşmiş Krallığın Baş naziri Azərbaycana səfərə gəlib
  11 Noyabr 2024    Oxunub:443
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Kir Starmer noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə Azərbaycan Respublikasına səfərə gəlib.
AzVision.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın səhiyyə naziri Teymur Musayev, ölkəmizin Böyük Britaniya və Şimali İrlandiyadakı səfiri Elin Süleymanov və digər rəsmi şəxslər qarşılayıblar.

AzVision.az



Teqlər:





Xəbər lenti